EAO & HNS 2024
Bakı, Azərbaycan
EAO & HNS 2024
Bakı, Azərbaycan
EAO & HNS 2024
Bakı, Azərbaycan
EAO & HNS 2024
Bakı, Azərbaycan
EAO & HNS 2024
Bakı, Azərbaycan
EAO & HNS 2024
Bakı, Azərbaycan
EAO & HNS 2024
Bakı, Azərbaycan
EAO & HNS 2024
Bakı, Azərbaycan
EAO & HNS 2024
Bakı, Azərbaycan
EAO & HNS 2024
“XƏZRİ” İstirahət və Sağlamlıq Mərkəzi, Bakı
31 May – 1 İyun, 2024
Otorinolarinqoloqların Avrasiya Assambleyasına (2024) xoş gəlmisiniz.
Hörmətli həmkarlar, 31.05 – 1.06. 2024 tarixində otorinolarinqologiya, onkologiya, plastik və üz-çənə cərrahiyyəsi, surdologiya ixtisaslarının aktual problemlərini əhatə edən Otorinolarinqoloqların Avrasiya assambleyasının 10 illiyinə həsr olunmuş beynəlxalq yubiley konqresi Xəzər dənizinin sahilində yerləşən Zuğulbanın mənzərəli guşəsində – “Xəzri” istirahət və sağlamlıq mərkəzində keçirilməsi planlaşdırılır. Konqres Azərbaycan Tibb Universitetinin dəstəyi ilə Avropa, Türkiyə, Rusiya, Belarusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudi Ərəbistanın nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcəkdir(xarici iştirakçıların sayı 50-100 nəfər, yerli iştirakçıların sayı 150-200 nəfər).
Məqsədli auditoriya: otorinolarinqologiya və baş-boyun cərrahiyyə, onkologiya, neyrocərrahiyyə, üz-çənə, plastik cərrahiyyə, surdologiya, səhiyyənin təşkili ixtisasına aid olan mütəxəssislər
Konfransın məqsədi: Müasir protokollara cavab verən tibbi yeniliklərin mənimsənilməsi və təcrübə mübadiləsi, həmçinin baş-boyun nahiyyəsinin şişlərində və hərbi travmalarında, bu və digər səbəblərdən eşitmə qabiliyyəti məhdudiyyətlərində müasir müalicə üsullarının müzakirəsi. Burunun funksional və estetik problemlərinin həllində yeni üfüqlərin hədəflənməsi.
Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müvafiq kredit balı ilə akkreditasiya olunacaqdır.
Əminik ki, bu 2 günlük zəngin elmi proqram və Xəzər dənizinin füsünkar mənzərəsi Sizi gərgin gündəlik iş rejimindən ayıraraq zehni qidalanmanızla bərabər mənəvi istirahətinizə səbəb olacaqdır.
Görüşmək ümidi ilə…
Hörmətlə,
prof. Vəfa Pənahian
t.e.d. Kamil Yusifov
Təşkilat Komitəsi
Konqresin həmsədrləri:
Prof. Gəray Gəraybəyli – Azərbaycan Tibb Universitetinin rektoru
Prof. Nikolay Dayxes – Rusiya Federasiyasının otorinolarinqologiya milli tibbi tədqiqat mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (Moskva)
Prof.Vəfa Pənahian – ATU otorinolarinqologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş mütəxəssisi
Prof. Nazim Huseynov- Azərbaycan otorinolarinqologiya cəmiyyətinin sədri, ADHTİ otorinolarinqologiya kafedrasının müdiri
Konqresin sədri:
t.e.d. Kamil Yusifov – DIN-in Respublika Hospitalının otorinolarinqologiya şöbəsinin rəisi
Konqresin elmi katibi:
Prof. Hasan Diab – Rusiya Federasiyasının otorinolarinqologiya milli tibbi tədqiqat mərkəzinin direktor müavini, qulaq patologiyası bölməsinin rəhbəri
Prof. Azər Xudiyev – ATU, QBB kafedrası
Konqresin məsul katibi:
Uzm.Dr. Elnur Əkbərov – e.o. tibb xidməti polkovnik-leytenantı, National Prime Hospital (Bakı)
Dos. Cabbar Cəlilov – ATU, QBB kafedrası