eaohns-logo-85az

Haqqımızda

eaohns-logo-851az

Hörmətli həmkarlar, 31.05 – 1.06. 2024 tarixində otorinolarinqologiya, onkologiya, plastik və üz-çənə cərrahiyyəsi, surdologiya ixtisaslarının aktual problemlərini əhatə edən Otorinolarinqoloqların Avrasiya assambleyasının 10 illiyinə həsr olunmuş beynəlxalq yubiley konqresi Xəzər dənizinin sahilində yerləşən Zuğulbanın mənzərəli guşəsində – “Xəzri” istirahət və sağlamlıq mərkəzində keçirilməsi planlaşdırılır. Konqres Azərbaycan Tibb Universitetinin dəstəyi ilə Avropa, Türkiyə, Rusiya, Belarusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudi Ərəbistanın nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcəkdir(xarici iştirakçıların sayı 50-100 nəfər, yerli iştirakçıların sayı 150-200 nəfər).
Məqsədli auditoriya: otorinolarinqologiya və baş-boyun cərrahiyyə, onkologiya, neyrocərrahiyyə, üz-çənə, plastik cərrahiyyə, surdologiya, səhiyyənin təşkili ixtisasına aid olan mütəxəssislər
Konfransın məqsədi: Müasir protokollara cavab verən tibbi yeniliklərin mənimsənilməsi və təcrübə mübadiləsi, həmçinin baş-boyun nahiyyəsinin şişlərində və hərbi travmalarında, bu və digər səbəblərdən eşitmə qabiliyyəti məhdudiyyətlərində müasir müalicə üsullarının müzakirəsi. Burunun funksional və estetik problemlərinin həllində yeni üfüqlərin hədəflənməsi.
Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müvafiq kredit balı ilə akkreditasiya olunacaqdır.
Əminik ki, bu 2 günlük zəngin elmi proqram və Xəzər dənizinin füsünkar mənzərəsi Sizi gərgin gündəlik iş rejimindən ayıraraq  zehni qidalanmanızla bərabər mənəvi istirahətinizə səbəb olacaqdır.
Görüşmək ümidi ilə…..
 
Hörmətlə,
prof. Vəfa Pənahian
t.e.d. Kamil Yusifov

TEZİSLƏR

“Otorinolarinqoloqların və Baş-Boyun Cərrahlarının Avrasiya Assambleyası (EAO&HNS2024)” beynəlxalq konqresinin tezislər toplusunun elektron nəşri planlaşdırılır. Nəşrə ISBN veriləcək və RSCI (Rusiya elmi sitat indeksi)-də indeksləşdirilməsi planlaşdırılır.

Tezislərin nəşri pulsuzdur. Tezislər [email protected] elektron poçtuna göndərilməlidir. Tezislər 20 may 2024-cü il tarixinədək rus və ingilis dillərində qəbul edilir. Qeydiyyat qaydalarına əməl edin!

Abstraktların təqdim edilməsi qaydaları:

Tezislər müəllif variantında dərc olunur, orfoqrafiya və stilistik  səhvlərinin olmasına görə təşkilat komitəsi məsuliyyət daşımır.

Tezislərin həcmi 2 A4 səhifəsindən artıq olmamalıdır.

Haşiyə ölçüsü: sol – 2 sm, sağ – 2 sm, aşağı – 2 sm, yuxarı – 2 sm. İstifadə olunan şrift: Times New Roman, şriftin ölçüsü – 12 pt, interval – 1,5. Qırmızı sətir – ara məsafəsi 1,25 sm. Cərgələnmə: en ilə. Sözün avtomatik defislənməsi qadağandır.

Tezisin  başlığı vərəqin yuxarı mərkəzində yerləşir və böyük hərflərlə qalın Times New Roman 12 pt şriftlə çap olunur. Başlığın sonunda nöqtə olmamalıdır. Tezisin başlığında abbreviaturalar olmamalıdır.

Düzgün yazılan başlığa nümunə:

TEZISININ ADI

Ivanov I.I. 1, Petrov P.P. 1,2, Sidorov S.S. 2, Smirnov Z.Z. 1

1N.N. Blokhin National Medical Research Center of Oncology, Ministry of Health of Russia

2M. Sechenov First Moscow State Medical University, Ministry of Health of Russia

*Email: [email protected]

Təqdimatın aşağıdakı strukturuna riayət etməyi tövsiyə edirik: giriş, məqsəd, materiallar və metodlar, nəticələr, yekun

Rəsmi Sponsorlar və Tərəfdaş

Platinum Sponsorlar

Gold Sponsorlar

İştirak Üçün Qeydiyyat

X